AMB depozit hərracında 200 mln. manat cəlb edib

Maliyyə
  • 12 fevral, 2018
  • 10:49
AMB depozit hərracında 200 mln. manat cəlb edib
Report

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı bu gün vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” quruma istinadən xəbər verir ki, hərracda 200 mln. manat cəlb edilib.

Tələb isə bundan 4,24 dəfə çox - 848,2 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.