AMB dayanıqlı maliyyə hesabatı açıqlayıb

Maliyyə
  • 30 aprel, 2025
  • 15:50
AMB dayanıqlı maliyyə hesabatı açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilmiş tədbirləri əhatə edən illik Dayanıqlı maliyyə hesabatı açıqlayıb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, dayanıqlı maliyyə sahəsində qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan hesabat, maliyyə sektorunda şəffaflığın artırılması və iqlim dəyişiklikləri ilə bağlı risklərin idarə olunmasına yönəlmiş tədbirlərin geniş ictimaiyyətə açıqlanması məqsədilə hazırlanıb, üç əsas bölmədən ibarət olmaqla ölkənin dayanıqlı sosial-iqtisadi inkişaf gündəliyini, qlobal iqlim risklərini, AMB-nin bu sahədə həyata keçirdiyi təşəbbüsləri və 2025-ci il üçün planlaşdırılan addımları əhatə edir.

2024-cü il üzrə Dayanıqlı maliyyə hesabatını nəzərdən keçirmək üçün bu linkə daxil olmaq lazımdır.