AMB: "Bu ilin sonuna cari hesabda ÜDM-nin 8 %-i nisbətində profisit gözlənilir"

AMB: "Bu ilin sonuna cari hesabda ÜDM-nin 8 %-i nisbətində profisit gözlənilir" Bu ilin sonuna Azərbaycanın tədiyə balansının cari hesabında ümumi daxili məhsulun (ÜDM) 8 %-i nisbətində profisit gözlənilir.
Maliyyə
16 Noyabr , 2021 14:10
AMB: Bu ilin sonuna cari hesabda ÜDM-nin 8 %-i nisbətində profisit gözlənilir

Bu ilin sonuna Azərbaycanın tədiyə balansının cari hesabında ümumi daxili məhsulun (ÜDM) 8 %-i nisbətində profisit gözlənilir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, nəticədə strateji valyuta ehtiyyatları cari ilin son dövründə 5,4 % artaraq 53,5 milyard ABŞ dolları, proqnozu üstəliyərək ÜDM-nin 113 %-ni təşkil edib: "Valyuta bazarında tarazlıq müşahidə olunur".

Xatırladaq ki, bu ilin I yarısında Azərbaycanın tədiyə balansının ümumi qalığı 1 milyard 261,3 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 957,5 milyon ABŞ dollarlıq kəsir yaranmışdı.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 878,4 milyon ABŞ dollarlıq qalıq (illik müqayisədə 3,1 dəfə çox), kapital hesabındakı 4,6 milyon ABŞ dollarlıq kəsir (40,3 % az), maliyyə hesabındakı 578,5 milyon ABŞ dollarlıq kəsir (39 % az), balanslaşdırıcı maddələr üzrə 34 milyon ABŞ dollarlıq kəsir (17,6 dəfə az) hesabına formalaşıb.

Yanvar-iyun aylarında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib. Bu dövrdə xam neftin orta qiyməti 58 ABŞ dolları/barel olub, qeyri-neft ixracı isə 20 % artıb.

Son xəbərlər

Orphus sistemi