AMB bu il qeyri-neft sektorunda 6 % artım gözləyir

Maliyyə
  • 03 may, 2023
  • 08:10
AMB bu il qeyri-neft sektorunda 6 % artım gözləyir

Bu il Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 6 % artım gözlənilir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüqar Əhmədov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Ümumiyyətlə, AMB ölkə iqtisadiyyatının davamlı artımını proqnozlaşdırır. Buna sərmayələr və ildən-ilə artan insan kapitalı kömək edir”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 30 milyard 310,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 % artıb.

44 - Tezliklə