AMB: “Banklar itkiləri minimallaşdımaq üçün öhdəliklərin əksəriyyətini istifadəçiyə ötürür”

AMB: “Banklar itkiləri minimallaşdımaq üçün öhdəliklərin əksəriyyətini istifadəçiyə ötürür” Azərbaycan banklarının hüquq departamentinin əməkdaşları müqavilələri o qədər peşəkarcasına tərtib edirlər ki, öhdəliklərin böyük əksəriyyəti məhz istifadəçinin uzərinə düşür.
Maliyyə
16 May , 2024 11:03
AMB: “Banklar itkiləri minimallaşdımaq üçün öhdəliklərin əksəriyyətini istifadəçiyə ötürür”

Azərbaycan banklarının hüquq departamentinin əməkdaşları müqavilələri o qədər peşəkarcasına tərtib edirlər ki, öhdəliklərin böyük əksəriyyəti məhz istifadəçinin uzərinə düşür.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) böyük mütəxəssisi Xəyalə Məmmədova Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, buna səbəb bankların üzləşə biləcəyi itkiləri minimallaşdımaqdır: “Əgər bir vətəndaşın yüksək səviyyədə kiber biliyi varsa, o bankın mövcud boşluqlarından istifadə edib ziyan verə bilər. Bunun qarşını almaq bank üçün çətin olar. Real fırıldaqçıqla simulyativ fırıldaqçılığı ayırd etmək qəliz olar”.

X. Məmmədova qeyd edib ki, subyektiv amilləri minimallışdırmaq uçun bütün banklar xidmət göstərdiyi vətəndaşlarla kart və cari hesab müqavilələri bağlayır.

Son xəbərlər

Orphus sistemi