Aİ fyuçers bazarındakı islahatları növbəti ilə təxirə salıb

Aİ fyuçers bazarındakı islahatları növbəti ilə təxirə salıb Avropa İttifaqı (Aİ) qitənin fyuçers bazarlarında rəqabəti stimullaşdırmaq üçün yeni qaydaların qüvvəyə minməsinə iki həftə qalmış onların tətbiqini bir illiyə təxirə salıb.
Maliyyə
26 İyun , 2020 17:29
Aİ fyuçers bazarındakı islahatları növbəti ilə təxirə salıb

Avropa İttifaqı (Aİ) qitənin fyuçers bazarlarında rəqabəti stimullaşdırmaq üçün yeni qaydaların qüvvəyə minməsinə iki həftə qalmış onların tətbiqini bir illiyə təxirə salıb.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

“Avropa Parlamenti və Aİ Şurasının hazırkı sədri Xorvatiya tənzimləyicilərin “açıq giriş” rejiminə hazırlaşmaq üçün vaxtı olmadığı barədə xəbərdarlıqları ilə əlaqədar müvafiq addımı atıb”, - “Financial Times” nəşri yazıb.

İyulun 4-dən qüvvəyə minməsi gözlənilən dəyişikliklər investorlara yeni klirinq palatası seçməyə və ya sövdələşmələrin aparıldığı klirinqlə işləməyə davam etmək imkan verəcək.

Avropa Qiymətli Kağızlar və Birja İdarəsi (ESMA) iyun ayında koronavirus pandemiyası səbəbindən sektorun hazırlıqları vaxtında başa çatdıra bilməyəcəyinə dair xəbərdarlıq etmişdi.

Yeni qaydalar Avropa fyuçers bazarlarında birjalar və klirinq palataları arasında rəqabəti stimullaşdırmaq üçün hazırlanıb. Bazarın əsas iştirakçıları və ölkələri, o cümlədən Almaniya dəyişikliklərə qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi