AİF istiqrazlarının növbəti partiyasını yerləşdirməyə hazırlaşır

AİF istiqrazlarının növbəti partiyasını yerləşdirməyə hazırlaşır Qiymətli kağızlar 1 004,0833 manat qiyməti ilə satışa çıxarılacaq
Maliyyə
23 May , 2017 10:31
AİF istiqrazlarının növbəti partiyasını yerləşdirməyə hazırlaşır

Bakı. 23 may. REPORT.AZ/ Mayın 25-də Bakı Fond Birjasında “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) 15 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” AİF-ə istinadən xəbər verir ki, istiqrazlar 1 004,0833 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Fondun ipoteka istiqrazlarının baza emissiya prospektini martın 6-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, qiymətli kağızların illik gəlirliliyi 3%-dir.

Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçirilir. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir.

Son xəbərlər

Orphus sistemi