"AGBank" və "NBC Bank"dakı əmanətlərin qaytarılmasına iyunun 16-da başlanılacaq

"AGBank" və "NBC Bank"dakı əmanətlərin qaytarılmasına iyunun 16-da başlanılacaq Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə müraciət edib.
Maliyyə
794
22 May , 2020 15:51
AGBank və NBC Bankdakı əmanətlərin qaytarılmasına iyunun 16-da başlanılacaq
Report

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə müraciət edib. 

"Report"un məlumatına görə, müraciətdə deyilir ki, əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq.

Kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi