ADB növbəti 5 il üçün Azərbaycanla tərəfdaşlıq strategiyası üzərində işə başlayacaq

ADB növbəti 5 il üçün Azərbaycanla tərəfdaşlıq strategiyası üzərində işə başlayacaq “Asiya İnkişaf Bakı (ADB) gələn il Azərbaycan və ADB arasında 2024-2028-ci illər üzrə yeni əməkdaşlıq strategiyasının hazırlanmasına başlayacaq.
Maliyyə
21 Sentyabr , 2022 20:56
ADB növbəti 5 il üçün Azərbaycanla tərəfdaşlıq strategiyası üzərində işə başlayacaq

“Asiya İnkişaf Bankı (ADB) gələn il Azərbaycan ilə 2024-2028-ci illər üzrə yeni əməkdaşlıq strategiyasının hazırlanmasına başlayacaq.

Bunu “Report”a Asiya İnkişaf Bankının Baş direktoru Yevgeni Jukov bildirib.

"Gələn il biz Azərbaycan ilə 2024-2028-ci illər üçün növbəti Ölkə Tərəfdaşlığı Strategiyasının layihəsi üzərində işə başlayacağıq. Hökumətlə sıx əməkdaşlıq şəraitində hazırlanacaq bu sənəd bank ilə Azərbaycan arasında tərəfdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edəcək. Ümumiyyətlə, biz ölkədə iqtisadiyyatın şaxələndirilməsinə və “yaşıl keçid”ə dəstəyimizi artırmaqda çox maraqlıyıq, çünki Azərbaycan karbohidrogen ehtiyatlarından çox asılıdır – ölkənin iqtisadi gəlirlərinin yarısını və maliyyə daxilolmalarının böyük hissəsini bu sektor təşkil edir. Ona görə də bu məsələdə hökumətlə əməkdaşlığı genişləndirmək istərdik", - Y.Jukov vurğulayıb.

Bundan başqa, Jukov ADB-nin gələn il Azərbaycan üçün üç layihə planlaşdırdığını bildirib.

“Bu, Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək irriqasiya layihəsi, iqtisadi islahatlar proqramına institusional dəstək və islahatların peşə təhsili və hazırlığına investisiya dəstəyi ilə bağlı kombinasiyasıdır ki, bu da fikrimizcə, ölkə iqtisadiyyatının gücləndirilməsi üçün çox mühüm istiqamətlərdir”, - o əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi