Tbilisidə Asiya İnkişaf Bankının (ADB) illik toplantısı çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı üzrə sessiya başa çatıb.
“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, panel müzakirəsinin sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.
Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən panel müzakirəsi iqlim gündəliyinin irəliləyişində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) qlobal istehsal və satış zəncirləri ilə əlaqələrinin gücləndirilməsində regional əməkdaşlığın rolu məsələləri müzakirə olunur.
“Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, seminarda maliyyənin səfərbər edilməsi və iqlimlə bağlı regional layihələrin hazırlanmasına dəstək verilməsi imkanları araşdırılacaq.
Qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramının əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun azaldılmasına nail olmaqdır. Proqramın əsas prioritet istiqamətləri nəqliyyat, ticarət və energetika sahələridir.