Bakı. 13 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının üzvlərinin iştirakı ilə Asiya İnkişaf Bankının (ADB) icraçı direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Azərbaycanla münasibətlərə mühüm önəm verdiklərini bildirən M.Foks son dövrdə ölkədə aparılan islahatlar və maliyyə sektorunun dayanıqlığının təmin edilməsi sahəsində atılan vacib addımları dəstəklədiklərini diqqətə çatdırıb.
Görüşdə hər iki tərəf ölkənin maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Görüş MBNP ilə ADB arasında birgə əməkdaşlıq çərçivəsində atılacaq addımların müəyyən edilməsinə dair müzakirələrlə davam edib.