“Accessbank”ın iki müştərisi "iPhone X" qazanıb
- 28 fevral, 2018
- 09:02
Bakı. 28 fevral. REPORT.AZ/ “Accessbank” QSC-nin ötən il noyabrın 27-dən bu il yanvarın 31-nə qədər keçirdiyi "Hər tərəfdən sərfəli!" kampaniyasının qalibləri müəyyənləşib.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumata görə, mükafatlandırma bu gün “Accessbank”ın baş ofisində baş tutub. Kampaniya çərçivəsində Bankın dövriyyəyə buraxdığı "Visa" və "Mastercard" ödəniş kartları ilə ən iri məbləğdə və ən çox əməliyyat həyata keçirən hər iki şəxs "iPhone X" qazanıb.
“Accessbank”ın Marketinq/korporativ bankçılıq Departamentinin rəhbəri Günay Cəlilova "Hər tərəfdən sərfəli!" kampaniyanın uğurlu olduğunu bildirib: "Bildiyiniz kimi, kampaniya çərçivəsində "Mastercard Debit", "Mastercard Standard", "Mastercard Gold", "Visa Classic" və "Visa Gold" kartları müştərilərə 50% endirimlə təklif olunub. Üstəlik onlar "iPhone X" udmaq şansını da qazanıblar. Kampaniyanın nəticəsi olaraq, bu müddət ərzində müştərilərə təqdim olunan ödəniş kartlarının sayı əhəmiyyətli dərəcədə artıb. Çox sevindiricidir ki, Bankın təklif etdiyi şərtləri müştərilər maraqla qarşılayıb. Kampaniyanın keçirilməsində əsas məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına dəstək verməkdir və bu istiqamətdə atdığımız addımlar davamlı olacaq".
Xatırladaq ki, "Accessbank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 140,25 mln. manatdır. Bankın səhmdarları 6 beynəlxalq maliyyə institutudur: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).