ABŞ-da inflyasiya sürətlənib, FED-in faizləri artırma ehtimalı artıb

ABŞ-da inflyasiya sürətlənib, FED-in faizləri artırma ehtimalı artıb Dolların məzənnəsi 2018-ci ilin II yarısından etibarən yüksəlməyə başlaya bilər
Maliyyə
14 Sentyabr , 2017 17:11
ABŞ-da inflyasiya sürətlənib, FED-in faizləri artırma ehtimalı artıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ-da inflyasiyanın avqust göstəricisinin 0,3% artacağı proqnozlaşdırılsa da, faktiki qiymət artımı 0,4% olub.

"Report" xəbər verir ki, bunula da illik inflyasiya avqustda 1,9%-ə yüksəlib. Qeyd edək ki, illik inflyasiyanın avqustda 1,8% olacağı proqnozlaşdırılırdı. Nəticədə Federal Ehtiyat Sisteminin (FED) 2017-ci ilin sonuna qədər uçot dərəcəsini artırma ehtimalı 44%-ə yüksəlib. Qeyd edək ki, bu göstərici sentyabrın 8-də 22% təşkil edib.

İnflyasiyanın gözləniləndən yüksək olması ABŞ dollarının məzənnəsini əvvəl möhkəmləndirsə də, daha sonra dollar yenidən ucuzlaşmağa başlayıb. Belə ki, 1,19 USD/EUR səviyyəsində olan məzənnə 1,1840-a qədər geriləyib və artıq yenidən 1,19-a dönüb.

"Report"un analitik qrupu ABŞ-da inflyasiyanın dayanıqlı olaraq 2% hədəfinə yaxınlaşmasına qədər dolların məzənnəsinin ucuz səviyyədə qalacağını, neftin isə 55 dollar/barel həddində formalaşacağını proqnozlaşdırır: "FED-in uçot dərəcəsini artırması və dolların yenidən bahalaşmağa başlaması təxminən 2018-ci ilin ortalarından etibarən başlaya bilər".

Son xəbərlər

Orphus sistemi