ABŞ avtomobil idxalına rüsum tətbiq edə bilər

ABŞ avtomobil idxalına rüsum tətbiq edə bilər Hökumət idxal avtomobillərinin iqtisadi təhlükəsizliyə təsirini araşdırır
Maliyyə
24 May , 2018 15:10
ABŞ avtomobil idxalına rüsum tətbiq edə bilər
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyə təsirinin araşdırılmasına göstəriş verib.

“Report” xəbər verir ki, o, bu məsələni ABŞ-ın ticarət naziri Vilbur Rossa həvalə edib.

“Ticarət naziri Vilbur Ross ilə avtomobil sənayemizin son vəziyyətini müzakirə etdik. Ona ABŞ-a idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyinə necə təsir etdiyinin incələnməsi tapşırığını verdim”, - deyə dövlət başçısı qeyd edib. 

Bu araşdırmanın yekununda ABŞ avtomobil idxalına, təxminən, 25% rüsum tətbiq edə bilər. 

“Report”un analitik qrupu hesab edir ki, bu baş versə, D.Tramp Kanada, Meksika, Çin, Cənubi Koreya və Avropa İttifaqı ilə bağlı ticarət münasibətlərinə dair apardığı müzakirələrdə əlavə üstünlük qazanacaq. 

Son xəbərlər

Orphus sistemi