ABB-nin HR müşavirinə “Azərpoçt”da vəzifə verilib

ABB-nin HR müşavirinə “Azərpoçt”da vəzifə verilib O, yeni vəzifəsinin icrasına bu il avqustun 1-dən başlayıb
Maliyyə
1774
6 Sentyabr , 2017 16:59

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Azərpoçt” MMC-nin İnsan resursları şöbəsinə yeni rəis təyin edilib. 

“Report” xəbər verir ki, bu,  Vahid Balaqardaş oğlu Səmədovdur. 

O, yeni vəzifəsində 2016-cı ilin əvvəlindən işdən ayrılmış Sevil Çingiz qızı Nəsirovanı əvəz edib. Bu müddət ərzində şöbə rəisi vəzifəsinə təyinat olmayıb və müxtəlif şəxslər həmin vəzifəni müvəqqəti icra edib. 

V.Səmədov 2006-2007-ci illərdə “ANS Şirkətlər Qrupu” MMC-də əmək ehtiyatları üzrə mütəxəssis, müfəttiş, baş müfəttiş, 2007-2017-ci illərdə isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) İnsan Resurslarının idarə edilməsi departamentində baş mütəxəssis, şöbə müdiri, direktor müavini, baş direktorun İnsan Resursları üzrə müşaviri vəzifələrində çalışıb. O, “Azərpoçt”dakı vəzifəsinin icrasına bu il avqustun 1-dən başlayıb.

Azərbaycanın milli poçt operatorunda daha bir vəzifə təyinatı olub. Elşad Oktay oğlu Kərimov “Azərpoçt”un Büdcə və proqnozlaşdırma şöbəsinə rəis təyin edilib. Bundan öncə həmin şöbəyə Aqşin Zahid oğlu Həsənzadə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi