"A-Qrup Sığorta"nın xalis mənfəəti 73% artıb

"A-Qrup Sığorta"nın xalis mənfəəti 73% artıb “A-Qrup Sığorta” ASC 2020-ci ili 2,813 milyon manat xalis mənfəətlə başa vurub
Maliyyə
10 Mart , 2021 10:19
A-Qrup Sığortanın xalis mənfəəti 73% artıb

“A-Qrup Sığorta” ASC 2020-ci ili 2,813 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 73,1% çoxdur.

Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 17,232 milyon manat (əvvəlki ilə nisbətən 12% çox), xərcləri isə 13,716 milyon manat (2,7% çox), mənfəət vergisi ödəmələri isə 703 min manat (73,1% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “A-Qrup Sığorta”nın aktivləri 28,281 milyon manat olub ki, bu da illik müqayisədə 14,9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 17,4% artaraq 14,147 milyon manata, balans kapitalı isə 12,5% artaraq 14,133 milyon manata çatıb.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi