Bakı. 29 yanvar. REPORT.AZ/ “Azərbaycanda sahibkarlığın inkişafı üçün genişmiqyaslı tədbirlər keçirilir. Görülən bütün işlər sahibkarlığın inkişafında mühüm rol oynayır”.
“Report”un məlumata görə, bunu iqtisadiyyat naziri
Ş. Mustafayev əlavə edib ki, ixracın dəstəklənməsi üçün də müvafiq işlər görülür.
"Sosial siyasətin əsaslarından biri vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır. Bu məqsədlə əhalinin məşğulluğa cəlb edilməsinə diqqət artırılıb. Bu da əmək potensialının reallaşdırılmasına, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilir. 2014-2018-ci illərdə ixracın təşviqi məqsədilə müqavilələr imzalanıb. Hesabat dövründə 104,2 milyon dollar dəyərində müxtəlif məhsulların müxtəlif ölkələrə ixracı üçün müqavilə imzalanıb, 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. İnvestisiyaların təşviqi məqsədilə 292 sahibkarlıq subtyektinə 332 investisiya təşviqi sənədi verilib, nəticədə yerli istehsala 2,8 milyard manat investisiya yatılıb. Bunun nəticəsində 22 minədək yeni iş yeri açılacaq. Layihələrin böyük bir hissəsi regionların payına düşür. Bu illər ərzində 1,5 milyonu daimi olmaqla, 2 milyondan çox iş yeri açılıb".
Nazir bildirib ki, 2014-2018-ci illərdə 16 mindən çox sahibkara ümumi dəyəri 2,6 milyard manatlıq layihələr üçün 1 milyard manatdan çox güzəştli kredit verilib. Bunun 79 faizi aqrar sektora, 20 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına ayrılıb. Güzəştli kreditlərin 70 faizi regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat dövlətin güzəştli krediti verilib. Cari ildə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manatadək kredit veriləcək", - deyə Ş. Mustafayev vurğulayıb.