Yüksək Liqa: "Neftçi" və "Xarı bülbül" əsas mərhələni qələbə ilə bitirib

Yüksək Liqa: "Neftçi" və "Xarı bülbül" əsas mərhələni qələbə ilə bitirib Voleybolçu kişilər arasında Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb.
Komanda
15 Mart , 2023 22:36
Yüksək Liqa: Neftçi və Xarı bülbül əsas mərhələni qələbə ilə bitirib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb.

"Report"un məlumatına görə, Voleybol Mərkəzində təşkil olunan XII turun ilk qarşılaşması MOİK və "Neftçi" komandaları arasında olub. Matçın qalibi tay-brekdə müəyyənləşib. "Neftçi" əsas mərhələdəki son matçında 3:2 (25:16, 14:25, 21:25, 25:22,15:11) hesablı qələbə qazanıb.

Turun son oyununda isə "Xarı bülbül" və "Murov" kollektivləri üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizədə keçən matçın qalibi Şuşa komandası olub - 3:1 (25:20, 21:25, 27:25, 25:23).

Beləliklə, əsas mərhələnin son turundan sonra "Murov" 32 xalla birincidir. 23 xala malik "Xarı bülbül" ikinci, 15 xalı olan "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 2 xalla sonuncudur.

Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan "Murov" dördüncü yerin sahibi MOİK-lə, ikinci olan "Xarı bülbül" isə üçüncü yeri tutan "Neftçi" komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final raundu isə üç qələbəyə kimi oynanılacaq.

Matçların keçiriləcəyi tarix və məkan hələlik bəlli deyil.

Son xəbərlər

Orphus sistemi