Yığmanın baş məşqçisi: “Paris-2024”də fərqli Azərbaycan millisi görəcəyik

Yığmanın baş məşqçisi: “Paris-2024”də fərqli Azərbaycan millisi görəcəyik “Paris-2024”də fərqli Azərbaycan millisi görəcəyik”.
Komanda
2 İyun , 2024 23:11
Yığmanın baş məşqçisi: “Paris-2024”də fərqli Azərbaycan millisi görəcəyik

Paris-2024”də fərqli Azərbaycan millisi görəcəyik.

"Report"un Qəbələyə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliç deyib.

Serbiyalı mütəxəssis bu gün start götürən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi barədə danışıb: “Fiziki hazırlıq baxımından çatışmazlıqlar var. Son 2-3 həftədə bunun üzərində işlədik. Sözün yaxşı mənasında “Paris-2024”də fərqli Azərbaycan millisini görəcəyik. Basketbolçularımızın ayaqları ağırlaşıb. Çünki həqiqətən ağır tərzdə məşqlər keçirdik. Qarşıda bizi bir neçə yarışlar gözləyir. Dünya Qadın Seriyasının Qəbələ mərhələsi bu turnirlərə hazırlıq xarakteri daşıyır”.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Qadın Seriyasının Qəbələ mərhələsində yer aldığı A qrupunda iki görüş keçirib. “Baku Flames” klubuna qalib gələn (21:6) yığma Portuqaliyaya məğlub olub - 13:21.

Son xəbərlər

Orphus sistemi