Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.
Komanda
3 Mart , 2020 21:24
Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.

Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb.

Millətlər Liqası

C divizionu

I qrup

AZƏRBAYCAN

Lüksemburq

Kipr

Monteneqro   

Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 - 3 sentyabr

II tur: 6 - 8 sentyabr

III tur: 8 - 10 oktyabr

IV tur: 11 - 13 oktyabr

V tur: 12 - 14 noyabr

VI tur: 15 - 17 noyabr

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 -6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.

Son xəbərlər

Orphus sistemi