"Xəzri"nin baş məşqçisi: Mövsümün ən pis oyununu sərgilədik

"Xəzri"nin baş məşqçisi: Mövsümün ən pis oyununu sərgilədik "Məni də ən çox əsəbiləşdirən bu haldır"
Komanda
20 May , 2024 09:57
 Xəzrinin baş məşqçisi: Mövsümün ən pis oyununu sərgilədik

Bu matçdakı qələbə haqqımız deyildi. Həqiqətən də mövsümün ən pis oyununu sərgilədik.

"Report" xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasında "Sabah"a 63:94 hesabı ilə uduzduqları final seriyasının ikinci matçı barədə danışarkən deyib.

Mütəxəssis qarşılaşmada xarakter göstərə bilmədiklərini bildirib: "Bu görüşdə konsentrasiya aşağı oldu. Sanki oyunçular pley-offda mübarizə apardıqlarını unutdular. Çünki heç nəyə ilk oyunda yekun vurulmur. Hər zaman dediyim kimi pley-off seriyasında enişli-çıxışlı performans ola bilər. İkinci matçda da bunu artıqlaması ilə yaşadıq. Məni ən çox əsəbiləşdirən də bu haldır".

Murat Dikmen basketbolçularından daha çox mübarizə gözlədiyini söyləyib: "Yekunda qalib gəlmək və məğlub olmaq normal hadisələrdir. Artıq final seriyasının üçüncü qarşılaşmasına hazırlaşacağıq. Ümid edirəm ki, bu dəfə göstərə bilmədiyimiz xarakteri üçüncü görüşdə ortaya qoyarıq".

Son xəbərlər

Orphus sistemi