UEFA azərbaycanlı FİFA referisinə yeni təyinat verib

UEFA azərbaycanlı FİFA referisinə yeni təyinat verib Elçin Səmədli 4-cü qrupun oyunlarında iştirak edəcək
Komanda
6 Oktyabr , 2016 16:53
UEFA azərbaycanlı FİFA referisinə yeni təyinat verib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Futzal üzrə FIFA referisi Elçin Səmədli beynəlxalq təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Səmədli futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Qrupda Belarusun "Lidselmaş", Yunanıstanın "Afina-90", Serbiyanın "Ekonomak" və Xorvatiyanın "Nasional" komandası mübarizə aparacaq. Oyunlar oktyabrın 12-15-də Serbiyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi