Tokio-2020: Qazol qardaşları İspaniya yığması ilə vidalaşıb

Tokio-2020: Qazol qardaşları İspaniya yığması ilə vidalaşıb Pau və Mark Qazol qardaşları basketbol üzrə İspaniya yığmasında karyeralarını başa vurmağı qərara alıblar.
Komanda
3 Avqust , 2021 14:26
Tokio-2020: Qazol qardaşları İspaniya yığması ilə vidalaşıb

Pau və Mark Qazol qardaşları basketbol üzrə İspaniya yığmasında karyeralarını başa vurmağı qərara alıblar.

"Report"un məlumatına görə, bu barədə TASS-a İspaniya Basketbol Federasiyasının prezidenti Xorxe Qarabaxosa açıqlama verib.

"Hər ikisi əla oyunçudur. Onlarla bütöv bir dövr getdi. Qazol qardaşları yığma üçün çox iş görüblər" deyə Qarabaxosa bildirib.

İspaniya yığması bu gün Tokio Yay Olimpiya Oyunlarında ABŞ-a 1/4 final görüşündə uduzub - 81:95.

Qeyd edək ki, 41 yaşlı Pau Qazol 2001 - 2019-cu illərdə Milli Basketbol Assosiasiyasında (NBA) müxtəlif komandaların formasını geyinib və "Leykers"də ikən iki dəfə çempion olub. Hazırda o, İspaniya "Barselona"sında çıxış edir.

36 yaşlı Mark Qazol isə Kanada "Toronto"su ilə NBA çempionu olub. İndi o, "Leykers"in üzvüdür.

Qazol qardaşları İspaniya yığmasında Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarında gümüş, Rio-2016-da bürünc, 2006-cı il dünya çempionatında isə qızıl medal qazanıblar. Mark Qazol ikinci dünya çempionluğunu 2019-cu ildə əldə edib.

Son xəbərlər

Orphus sistemi