Tokio-2020: Qadınların basketbol turnirində yarımfinalçılar bəlli olub

Tokio-2020: Qadınların basketbol turnirində yarımfinalçılar bəlli olub Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında basketbol turnirinin yarımfinalçıları müəyyənləşib.
Komanda
4 Avqust , 2021 18:40
Tokio-2020: Qadınların basketbol turnirində yarımfinalçılar bəlli olub

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında basketbol turnirinin yarımfinalçıları müəyyənləşib.

"Report"un məlumatına görə, Serbiya, ABŞ, Yaponiya və Fransa yığmaları bu raunda vəsiqə qazanıblar.

Serbiya millisi 1/4 finalda Çini 77:70 hesabı ilə məğlub edib. ABŞ basketbolçuları Avstraliyadan üstün olublar - 79:55. Yaponiya Belçikaya 86:85, Fransa isə İspaniyaya 67:64 hesabı ilə qalib gəlib.

Beləliklə, yarımfinalda Serbiya yığması ABŞ-la, Yaponiya isə Fransa ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 6-da keçiriləcək.

Qeyd edək ki, 2016-cı il Rio olimpiadasında ABŞ seçməsi qızıl, İspaniya gümüş, Serbiya isə bürünc medala sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi