Tahir Baxşıyev: "Cari mövsümdəki ən pis çıxışlarımızdan birini göstərdik"

Komanda
  • 11 mart, 2025
  • 18:51
Tahir Baxşıyev: Cari mövsümdəki ən pis çıxışlarımızdan birini göstərdik

Cari mövsümdəki ən pis çıxışlarımızdan birini göstərdik.

"Report" xəbər verir ki, bunu NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev "Şəki"yə qarşı Azərbaycan Kubokunun 1/4 final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

"Bu oyundan gözləntilər tamamilə fərqli idi. Cari mövsümdəki ən pis çıxışlarımızdan birini göstərdik. Sanki görüşdə enerji çatmırdı. Hər iki kollektiv də öz oyununu göstərə bilmədi. Biz bir az daha yaxşı oynadıq. 3 xallıq atışlarımız ürəyimizcə olmadı. Üstəlik, son vaxtlar çox sıx qrafikdə oynayırıq. Ardıcıl görüşlər keçirmək məcburiyyətindəyik. Amma bütün komandalar eyni şərtlər altındadır. "Neftçi" ilə çempionat matçına hazırlaşacağıq".

Qeyd edək ki, NTD - "Şəki" qarşılaşması birincilərin 71:66 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti