Yuxarı

Bakıdakı Ümumdünya Şahmat Olimpiadasının vaxtının dəyişdirilmə səbəbi açıqlanıb

Bu, sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqədardır

Bakı. 17 fevral. REPORT.AZ/ Bakıdakı Ümumdünya Şahmat Olimpiadası və Beynəlxalq Şahmat Federasiyası (FİDE) Konqresinin vaxtının dəyişdirilmə səbəbi açıqlanıb. "Report"un məlumatına görə, FİDE-nin mətbuat xidməti vaxt dəyişikliyini sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqələndirib.

Açıqlamada deyilir: "Həmin gün hava limanında və ümumilikdə logistika ilə bağlı nələrin baş verə biləcəyini əla başa düşürük. Çoxlu məktəbli, tələbə və onların valideynləri dərslərin başlanması ərəfəsində aktual məsələlərini həll edirlər, tətildən qayıdırlar. Tədbirin qonaqlarının turnirdə rahat iştirak etmələrindən ötrü bütün belə çətinliklərdən və ajiotajdan yayınmaq istəyirik. Buna görə də Azərbaycan rəhbərliyi və Bakı şəhər icra hakimiyyəti ilə birgə hamını qane edən qərar qəbul etdik".

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının öncə də 17 - 30 sentyabrda keçirilməsi nəzərdə tutulurdu. Yeni qərara əsasən, Olimpiada 1 - 14 sentyabrda, Konqres isə 4-14 sentyabrda baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi