Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi Gürcüstana uduzaraq medalsız qalıb

Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi Gürcüstana uduzaraq medalsız qalıb Hindistanın Çennay şəhərində keçirilən XI Şahmat Olimpiadası Azərbaycanın qadın millisi üçün başa çatıb.
Komanda
9 Avqust , 2022 13:42
Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi Gürcüstana uduzaraq medalsız qalıb

Hindistanın Çennay şəhərində keçirilən XI Şahmat Olimpiadası Azərbaycanın qadın millisi üçün başa çatıb.

"Report"un məlumatına görə, son turadək medal qazanmaq şansı olan yığma komanda son turda güclü Gürcüstanla bacara bilməyib. Komandamız bu məğlubiyyətlə medalsız qalıb.

Azərbaycan – Gürcüstan 1:3

Günay Məmmədzadə – Nana Dzaqnidze 0,5:0,5

Xanım Balacayeva – Nino Batsiaşvili 0:1

Gövhər Beydullayeva – Lela Cavaxişvili 0,5:0,5

Ülviyyə Fətəliyeva – Meri Arabidze 0:1

Bu nəticədən sonra Azərbaycan 16 xalla yarışı 8-ci sırada başa vurub. Ukrayna 18 xalla çempion olub. Eyni xal toplamış Gürcüstan 2-ci, 17 xal qazanmış ABŞ 3-cü yeri tutub.

Son xəbərlər

Orphus sistemi