Yuxarı

Sabir Rüstəmxanlının oğlu klub prezidenti seçilib

Cəmil Rüstəmxanlı Azəryol voleybol klubunun prezidenti seçilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib. Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib. 

O, yeni vəzifədə Cavid Qurbanovu əvəzləyib. "Azəryol"un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli "Azərreyl" klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma "dəmiryolçular"ın yeni prezidenti hələ dəqiqləşməyib. 

Qeyd edək ki, Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının oğludur. Cavid Qurbanov isə "Azəryolservis"in sabiq, "Azərbaycan Dəmir Yolları" QSC-nin hazırkı sədridir.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi