“Sabah”ın kapitanı: İsveç klubuna qarşı oyunun bəzi məqamlarında bəxtimiz gətirmədi

“Sabah”ın kapitanı: İsveç klubuna qarşı oyunun bəzi məqamlarında bəxtimiz gətirmədi Bəzi məqamlarda bəxtimiz də gətirmədi.
Komanda
18 Sentyabr , 2024 16:03
“Sabah”ın kapitanı: İsveç klubuna qarşı oyunun bəzi məqamlarında bəxtimiz gətirmədi
Endər Poladxanlı

İsveç klubuna qarşı oyunun bəzi məqamlarında bəxtimiz gətirmədi.

Bunu “Report”a açıqlamasında “Sabah” basketbol komandasının kapitanı Endər Poladxanlı FIBA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin 1/4 finalında "Norrçepinq Dolfins"ə (İsveç) qarşı keçirdikləri oyun barədə danışarkən deyib.

25 yaşlı basketbolçu məğlubiyyəti təcrübəsizliklə əlaqələndirib:

“Basketboldur, belə alındı. Rəqib daha təcrübəlidir, demək olar ki, 2-3 ildir bir yerdə oynayırlar. Bizim komanda isə yeni yığılıb. Bir-birimizə uyğunlaşmaq üçün vaxt az idi. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Son saniyəyə qədər kimin qalib gələcəyi bilinmirdi. Bəzi məqamlarda bəxtimiz də gətirmədi. Atışları düzgün yerinə yetirə bilmədik. Ona görə də nəticə belə oldu”.

O, mübarizəni FIBA Avropa Kubokunda davam etdirəcək "Sabah"ın qrup mərhələsini adlamaq potensialının olduğunu vurğulayıb:

“Ötən il də FIBA Avropa Kubokunda oynamışdıq və qrupdan çıxa bilməmişdik. Bu il hədəfimiz ən azı qrupdan çıxmaqdır. Komandada bu potensial var. Addım-addım irəliləməyə çalışacağıq”.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan qarşılaşma Azərbaycan klubunun 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesablı məğlubiyyəti ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi