Rusiyada yeniyetmə hokkeyçilər arasındakı oyun zamanı kütləvi dava düşüb - VİDEO
- 18 yanvar, 2018
- 10:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiyada yeniyetmə hokkeyçilər arasında keçirilən ölkə çempionatının oyunundan sonra kütləvi dava düşüb.
“Report” triboona.ru-ya istinadən xəbər verir ki, xoşagəlməz olay “Alaniya” və “Xaski” komandaları arasında baş tutan matçda yaşanıb. Ən kiçiyi 2008-ci il təvəllüdlü olan idmançılar ciddi zədəalmaq təhlükəsi ilə üzləşiblər.
Vladiqafqaz təmsilçisinin 6:3 hesabı ilə qalib gəldiyi görüşün final fitindən sonra meydan sahiblərinin 4 hokkeyçisi ilə Nevinnomıssk təmsilçisinin 10 yaşlı üzvü arasında münaqişə baş verib. Nəticədə təxminən bir dəqiqə çəkən kütləvi dava düşüb. Hakimlərin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. Ədalət təmsilçiləri dava iştirakçılarından 3-nü cəzalandırıblar. Toqquşmada xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağ Evə gəldi.
— İlham Əliyev (@azpresident) August 8, 2025
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını qarşıladı.https://t.co/ssLzQ1OmZr pic.twitter.com/hM4E6zyxDK