Rövnəq Abdullayev Avropa çempionatında uğur qazanan cüdoçular və onların məşqçiləri ilə görüşüb

Rövnəq Abdullayev Avropa çempionatında uğur qazanan cüdoçular və onların məşqçiləri ilə görüşüb ACF prezidenti 46 ölkə arasında bürünc medal qazanmaları münasibətilə təbrik edib
Komanda
2 May , 2016 18:04
Rövnəq Abdullayev Avropa çempionatında uğur qazanan cüdoçular və onların məşqçiləri ilə görüşüb

Bakı. 2 may. REPORT.AZ/ Bu gün SOCAR-ın baş ofisində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında uğur qazanan cüdoçular və onların məşqçiləri ilə görüşüb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verib. 

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxışında idmançıları 46 ölkə arasında bürünc medal qazanmaları münasibətilə təbrik edib, bu nəticəni ölkə idmanında yeni səhifə kimi dəyərləndirib. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucovun qızıl, 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovun gümüş medal qazanmasının bu idman növünə gənclərdə xüsusi maraq yaratdığını deyən federasiya prezidenti 6-9 may tarixlərində Bakıda keçiriləcək Qran-pri yarışlarında idmançılardan daha böyük nailiyyətlər gözlədiyini deyib. Rio-de Jeneyroda keçiriləcək olimpiadaya 6 lisenziyanın qazanılması növbəti yarışlarda 7-ci lisenziyanın qazanılacağına böyük ümidlər yaradır. R.Abdullayev çıxışının sonunda tarixdə ilk dəfə Avropa çempionatının bürünc medalını qazanmaları münasibəti ilə cüdoçuları və məşqçi heyətini bir daha təbrik edib.

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher və federasiyanın vitse-prezidenti Sadıq Sadıqov komanda üzvləri adından idmançılara yaradılan şəraitə görə təşəkkür edib, Bakı Qran-prisində daha yüksək nəticələrlə idmansevərləri sevindirmək əzmində olduqlarını vurğulayıblar. 

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idmana və idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi