Yuxarı

Rio-2016-da Rumıniyanı təmsil edəcək idmançılar müəyyən olunub - FOTO

Rumın idmançılar 16 idman növündə medallar uğrunda mübarizə aparacaqlar

Buxarest, 10 iyul. REPORT.AZ/ Brazilyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Rumıniya Olimpiya yığmasının heyəti müəyyənləşib. “Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, Rumıniya İdman və Olimpiya Komitəsi olimpiya oyunlarında ölkəni təmsil edəcək 96 əsas və 7 ehtiyat idmançının adını açıqlayıb.

Rumın idmançılar 16 idman növündə medallar uğrunda mübarizə aparacaqlar. Ən çox idmançının təmsil olunduğu idman növü atletika və avarçəkmədir. Bu idman növünün hər birində 18 idmançı çıxış edəcək.

Qeyd edək ki, tanınmış tennisçi Simona Halep, həndbolçu Kristina Neagu və güllə atıcısı Alin Moldoveanu Rumıniya komandasının bayraqdarına namizəd göstərilsədə Rumıniya İdman və Olimpiya Komitəsi avqustun 5-də Yay Olimpiya Oyunlarının açılışı zamanı komandanın bayraqdarı olacaq qimnast Katalina Ponorun namizədliyini dəstəkləyib.

Xatırladaq ki, 2012-ci il Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Rumıniya komandası 15 idman növündə 103 idmançı ilə təmsil olunub. 2 qızıl, 5 gümüş və 2 bürünc medalla Rumıniya London Olimpiadasını 204 ölkə arasında 27-ci pillədə başa vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi