​Qadın güləşçilərimiz U-23 Avropa çempionatında üç medal qazanıb

​Qadın güləşçilərimiz U-23 Avropa çempionatında üç medal qazanıb Komandamız hesabına 1 qızıl, 2 bürünc medal əlavə edib
Komanda
28 Mart , 2015 00:19
​Qadın güləşçilərimiz U-23 Avropa çempionatında üç medal qazanıb

Bakı. 28 mart. REPORT.AZ/ Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, çempionatın dördüncü günündə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb.

Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.

Məlumata görə, 53 kq. çəki dərəcəsində ötən il gənclərin Dünya çempionatında bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finalda başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz bolqar həmkarı ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb və U-23 Avropa çempionatının bürünc medalına sahib olub.

63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşib. Polşa idmançısına heç bir şans verməyən Elmira Avropa çempionatını üçüncü sırada tamamlayıb və bürünc medal qazanıb.

Gənclər arasında Dünya və Avropa çempionumuz Səbirə Əliyeva (75 kq) çempionata uğursuz başlayıb. Yerli idmançı ilə keçirdiyi ilk görüşündən xalçanı məğlub tərk etsə də, rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Bunun üçün güləşçimiz Macarıstan təmsilçisini məğlub etməlidir. Ancaq bu görüş də güləşçimiz üçün uğurlu alınmayıb. Səbirə çempionatı beşinci sırada tamamlayıb.

Məlumat üçün bildirək ki, qadın güləşçilərin yarışında ilk gün yığmamızın üzvü Alyona Kolesnik (55 kq) qızıl medal qazanıb.

53 kq.

1/8 final - Marina Rueda (ESP) - Solmaz Həşimzadə 2:10

1/4 final - Solmaz Həşimzadə - Simona Pricob (ROU) 5:0 (təmiz qələbə)

1/2 final - Liliya Horişna (UKR) - Solmaz Həşimzadə 11:2

Bürünc medal görüşü - Pepa Dmitrova (BUL) - Solmaz Həşimzadə 11:12

63 kq.

1/4 final - Elmira Qəmbərova - Lyubov Oçarova (RUS) 17:4 (təmiz qələbə)

1/2 final - Adela Hanzliçkova (CZE) - Elmira Qəmbərova 0:5

Bürünc medal görüşü - Aqniezska Krol (POL) - Elmira Qəmbərova 0:3

75 kq.

1/4 final - Səbirə Əliyeva - Daria Osoçka (POL) 6:13

Bürünc medal görüşü - Səbirə Əliyeva - Zsanett Nemeth (HUN) 2:8

Son xəbərlər

Orphus sistemi