Otuzdan çox ölkə Rusiyanın idman federasiyalarından çıxarılmasını tələb edib

Otuzdan çox ölkə Rusiyanın idman federasiyalarından çıxarılmasını tələb edib Otuz üç ölkənin idman idarələrinin rəhbərləri Rusiya və Belarusun idman təşkilatlarına üzvlüyünün dayandırılmasını və bu ölkələrdə beynəlxalq idman tədbirlərinin yayımının qadağan edilməsini tələb edən birgə bəyanat imzalayıblar.
Komanda
2 İyul , 2022 04:52
Otuzdan çox ölkə Rusiyanın idman federasiyalarından çıxarılmasını tələb edib

Otuz üç ölkənin idman idarələrinin rəhbərləri Rusiya və Belarusun idman təşkilatlarına üzvlüyünün dayandırılmasını və bu ölkələrdə beynəlxalq idman tədbirlərinin yayımının qadağan edilməsini tələb edən birgə bəyanat imzalayıblar.

“Report” xəbər verir ki, bunu Polşanın idman və turizm naziri Kamil Bortniçuk bildirib.

“Biz Rusiya və Belarusun idman federasiyalarının beynəlxalq təşkilatlarda üzvlüyünün dayandırılmasını, bu ölkələrin nümayəndələrinin beynəlxalq federasiyaların rəhbər orqanlarından çıxarılmasını, habelə Rusiya və Belarus ərazilərində beynəlxalq idman yarışlarının televiziya yayımının dayandırılmasını tələb edirik”-deyə, o bildirib.

Bəyanatı Bolqarıstan və Macarıstan istisna olmaqla, Aİ-nin 25 ölkəsi, həmçinin ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, Avstraliya, Cənubi Koreya, Norveç və Kanadanın nazirləri imzalayıb.

Son xəbərlər

Orphus sistemi