Norveç yığması Olimpiya Oyunlarında səhvən 15 min yumurta alıb

Komanda
  • 04 fevral, 2018
  • 03:36
Norveç yığması Olimpiya Oyunlarında səhvən 15 min yumurta alıb

Bakı. 4 fevral. REPORT.AZ/ Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında Norveç yığmasının aşpazları sifariş etdikləri 1,5 min yumurta əvəzinə 15 min yumurta alıblar.

“Report” xəbər verir ki, yığmanın üzvləri Koreya şirkəti ilə online-tərcüməçinin köməyi ilə danışıblar.

“Yarısına qədər yumurta ilə dolu bir avtomobil gəldi. Yumurtaları nə qədər içəri daşısaq da bitmədiyini gördükdə, çox təəccübləndik”, - aşpaz söyləyib.

44 filmi