Niderland çempionatında mövsüm ləğv olundu - RƏSMi

Niderland çempionatında mövsüm ləğv olundu - RƏSMi Futbol üzrə Niderland çempionatının taleyinə aydınlıq gəlib.
Komanda
24 Aprel , 2020 20:10
Niderland çempionatında mövsüm ləğv olundu - RƏSMi

Futbol üzrə Niderland çempionatının taleyinə aydınlıq gəlib.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, çempionatda cari mövsümün ləğv olunmasına qərar verilib.

Bildirilib ki, çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq.

Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Niderland Erediviziyası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Son xəbərlər

Orphus sistemi