Voleybol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub

Komanda
  • 20 aprel, 2023
  • 13:44
Voleybol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, üçüncü final oyununda "Xarı bülbül"ə 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gələn "Murov" çempion olub.

Komanda əvvəlki iki görüşdə rəqibini 3:1 və 3:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, bürünc medallara "Neftçi" sahib çıxıb.

15:51

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub.

“Report” xəbər verir ki, üçüncü qarşılaşmada MOİK-i 3:1 (21:25, 25:22, 25:15, 28:26) hesabı ilə məğlub edən “Neftçi” üçüncü yeri tutub.

Bu komanda əvvəlki iki görüşdə rəqibinə müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da müəyyənləşə bilər. Əvvəlki iki matçda “Xarı bülbül”ü üstələyən “Murov” (3:1, 3:0) bu dəfə də qalib gəlsə, çempion adını qazanacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti