"Neftçi" voleybol komandası Yüksək Liqada inamlı qələbə qazanıb

Komanda
  • 28 fevral, 2025
  • 17:16
Neftçi voleybol komandası Yüksək Liqada inamlı qələbə qazanıb

Kişi voleybolçulardan ibarət "Neftçi" komandası Azərbaycan Yüksək Liqasında inamlı qələbə qazanıb.

"Report"un məlumatına görə, XIII turun bu gün baş tutan yeganə matçında "ağ-qaralar" MOİK-ə şans verməyib.

Qarşılaşma "Neftçi"nin 3:0 (25:15, 25:23, 25:9) hesablı qalibiyyəti ilə bitib.

Qeyd edək ki, tura martın 3-də yekun vurulacaq.