"Neftçi"nin məşqçisi "Sərhədçi" üzərində qazanılan qələbəni şərh edib
Komanda
- 19 mart, 2025
- 21:46
"Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XIX turunda "Sərhədçi"yə qalib gəldikləri oyunu şərh edib.
"Report" xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib.
"İlk öncə qələbə münasibətilə komandamı təbrik edirəm. Bildiyimiz kimi, pley-offa az qalıb. Hər bir oyun vacibdir. Bu görüşdə müdafiə ribaundlarında problemlər yaşadıq. Rəqib komanda 23 hücum ribaundu etmişdi və təbii ki, bu, çoxdur. Bunun üzərində işləməliyik. Ribaunda nəzarət edən komanda qalib olur. Artıq biz Azərbaycan Kubokunun yarımfinalına hazırlaşacağıq", - deyə D.Çivçivadze vurğulayıb.
Qeyd edək ki, "Sərhədçi" - "Neftçi" matçı ikincilərin 84:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
11:34
Fatih Birol: "IEA ehtiyac yaranarsa, əlavə neft ehtiyatlarını dövriyyəyə buraxmağa hazırdır"
Energetika11:33
"Aston Villa" PSJ-nin 18 yaşlı forvardı İbrahim Mbayeni transfer etmək istəyir
Futbol11:30
Ötən gün Azərbaycanda 27 cinayətin üstü açılıb
Hadisə11:24
Foto
İstanbulda "İpək Yolu Sığorta Forumu" keçirilir
Maliyyə11:22
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
Ekologiya11:18
Göygöldə yeniyetmənin əlində pirotexniki vasitə partlayıb, barmağı amputasiya olunub
Hadisə11:14
Tərtər sakini göbələkdən zəhərlənib
Hadisə11:09
Bəqai: İranın qonşuları bir neçə gündür ABŞ ilə danışıqlarda vasitəçilik təklif edirlər
Digər ölkələr11:08