"Neftçi" basketbol klubunun baş məşqçisi: "Yarımfinaldakı rəqibə ən güclü tərəfimizi göstərəcəyik"

"Neftçi" basketbol klubunun baş məşqçisi: "Yarımfinaldakı rəqibə ən güclü tərəfimizi göstərəcəyik" Yarımfinaldakı rəqibimizə ən güclü tərəfimizi göstərməyə çalışacağıq.
Komanda
21 aprel 2025 22:36
Neftçi basketbol klubunun baş məşqçisi:  Yarımfinaldakı rəqibə ən güclü tərəfimizi göstərəcəyik

Yarımfinaldakı rəqibimizə ən güclü tərəfimizi göstərməyə çalışacağıq.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının pley-off matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis gözəl oyuna şahidlik etdiklərini bildirib:

"Komandamı qələbə münasibəti ilə təbrik edirəm. İlk dəfədir ki, Azərbaycan Basketbol Liqasında yarımfinala yüksəlirik. Bundan əvvəlki oyunda hücum və müdafiədə bəzi səhvlər var idi. Ancaq hazırlıq üçün cəmi iki günümüz olsa da, bu səhvləri düzəltdik. Oyunçularımla fəxr edirəm. Çox böyük iş gördülər. "Ordu" kimi baxımlı basketbol sərgiləyən komandaya qarşı bu nəticə çox gözəl göstəricidir. Yarımfinaldakı rəqibimizə ən güclü tərəfimizi göstərməyə çalışacağıq."

Qeyd edək ki, "Neftçi" "Ordu" ilə baş tutan ilk matçda 93:84, ikinci oyunda isə 88:54 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Son xəbərlər

Orphus sistemi