NBA-da yeni mövsümün başlama tarixi açıqlandı

NBA-da yeni mövsümün başlama tarixi açıqlandı Milli Basketbol Assosiasiyası (NBA) və Peşəkar Oyunçular Birliyi 2020/2021 mövsümünün startı ilə bağlı razılığa gəlib.
Komanda
10 Noyabr , 2020 11:52
NBA-da yeni mövsümün başlama tarixi açıqlandı

Milli Basketbol Assosiasiyası (NBA) və Peşəkar Oyunçular Birliyi 2020/2021 mövsümünün startı ilə bağlı razılığa gəlib.

"Report" NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarış dekabrın 22-də başlayacaq.

Hər komanda mövsüm ərzində 72 oyun keçirəcək. Təqvim qarşıdakı günlərdə açıqlanacaq.

Növbəti mövsüm üçün maaş həddi 109,14 milyon ABŞ dolları təşkil edəcək. Transfer bazarı noyabrın 20-də açılacaq.

Qeyd edək ki, NBA-da 2019/2020 mövsümü oktyabrın 12-də başa çatıb. Final seriyasında "Mayami"ni 4:2 hesabı məğlub edən "Los-Anceles Leykers" çempion olub.

Son xəbərlər

Orphus sistemi