NBA-da 11 oyunçu koronavirusa yoluxdu

NBA-da 11 oyunçu koronavirusa yoluxdu Milli Basketbol Assosiasiyasında koronavirusa yoluxan oyunçuların sayı artıb.
Komanda
21 Yanvar , 2021 11:51
NBA-da 11 oyunçu koronavirusa yoluxdu

Milli Basketbol Assosiasiyasında (NBA) koronavirusa yoluxan oyunçuların sayı artıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, daha 11 basketbolçunun testi müsbət nəticələnib.

Yanvarın 13-dən 502 basketbolçudan test nümunəsi götürülüb. İnfeksiya aşkarlanan şəxslər karantinə alınıb.

Qadınların basketbol yarışında isə 16 oyunçu virusa yoluxub.

Son xəbərlər

Orphus sistemi