Azərbaycan millisinin basketbolçusu Almaniya klubuna keçib

Azərbaycan millisinin basketbolçusu Almaniya klubuna keçib Azərbaycan millisinin basketbolçusu Cordan Devis klubunu dəyişib.
Komanda
21 Noyabr , 2019 09:50
Azərbaycan millisinin basketbolçusu Almaniya klubuna keçib

Azərbaycan millisinin basketbolçusu Cordan Devis klubunu dəyişib.

"Report"un məlumatına görə, 22 yaşlı idmançı İspaniya "Baksi Manreza"sından Almaniyanın "Rasta Vexta" komandasına keçib. Onunla mövsümün sonunadək müqavilə bağlanılıb.

Devis Çempionlar Liqasında "Manreza"nın heyətində 5 oyuna orta hesabla 8,6 xal, 4,4 rebraun və 2,2 assist müəllifi olub. Azərbaycan pasportuna malik basketbolçu İspaniya Basketbol Liqasında meydana müntəzəm çıxa bilməyib. Bu, əcnəbilərə qoyulan limitlə əlaqədar olub. 

Son xəbərlər

Orphus sistemi