Bu gün Azərbaycanın kişi voleybol yığması Avropa çempionatına vəsiqə uğrunda tarixi oyuna çıxacaq

Bu gün Azərbaycanın kişi voleybol yığması Avropa çempionatına vəsiqə uğrunda tarixi oyuna çıxacaq Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası bu gün tarixi oyuna çıxacaq.
Komanda
114
9 Yanvar , 2019 09:41
Bu gün Azərbaycanın kişi voleybol yığması Avropa çempionatına vəsiqə uğrunda tarixi oyuna çıxacaq

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası bu gün tarixi oyuna çıxacaq.

"Report"un məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda görüşdə İsveçin qonağı olacaq.

G qrupunda VI tur qarşılaşmasından öncə Azərbaycan millisi 8 xalla 2-ci, İsveç isə 5 xalla 3-cü pillədə qərarlaşıb. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. Hazırda Azərbaycan ən yaxşı ikincilər siyahısında 6-cıdır. 

İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Cəlalovun komandasının 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdir ki, son tur İsveç üçün formal xarakter daşıyacaq. Azərbaycan isə 2:3 hesabı ilə uduzsa belə, mərhələ adlaya bilər. Bunun üçün ikincilər siyahısındakı 5 komanda - Makedoniya, Finlandiya, Monteneqro, Avstriya (hamısı 5 xal) və İsrail (4 xal) yığmalarından biri öz qruplarındakı son tur qarşılaşmalarında xal itirməlidirlər.

Azərbaycan final mərhələsinə vəsiqə qazansa, bu, kişilərdən ibarət yığma üçün tarixdə ilk olacaq. 

Avropa çempionatı, seçmə mərhələ

G qrupu, VI tur

20:00. İsveç - Azərbaycan

Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya)

Stokholm, "Eriksdalshallen" voleybol salonu 

Son xəbərlər

Orphus sistemi