Mərakeş yığmasının baş məşqçisi Azərbaycan millisinə məğlubiyyətin səbəbini açıqlayıb

Mərakeş yığmasının baş məşqçisi Azərbaycan millisinə məğlubiyyətin səbəbini açıqlayıb "Taktiki gedişlərimiz faydasız oldu"
Komanda
13 Sentyabr , 2016 09:36
Mərakeş yığmasının baş məşqçisi Azərbaycan millisinə məğlubiyyətin səbəbini açıqlayıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Mərakeşin futzal üzrə milli komandasının baş məşqçisi İşam Dquiq dünya çempionatında Azərbaycan yığmasına 0:5 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, Dquiq ilk yarıda daha yaxşı oynadıqlarını bildirib.

Onun fikrincə, hesab açıldıqdan sonra komandasının oyun intizamı pozulub: "Çalışdıq ki, buraxılan qolun əvəzini çıxaq. Bunun üçün şansımız da oldu. Təəssüf ki, yararlana bilmədik. Sonra müəyyən dəyişikliklərə əl atdıq. Amma taktiki gedişlərimiz faydasız oldu. Futzalın maraqlı cəhətlərindən biri də budur. İlk oyun bizim üçün çox vacib idi, əfsus ki, ikinci hissədə dönüş yarada bilmədik. Qapıçımızın zədələnməsi də komandaya pis təsir etdi. Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, Mərakeş yığması növbəti oyununu İrana qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi