Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi

Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi 30 yaşlı oyunçunun vəkili Zaur Niftəliyev bildirib ki, Amil Həmzəyevin ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmə qətimkan tədbiri ilə əvəz edilib.
Komanda
15 Oktyabr , 2020 13:35
Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi
Amil Həmzəyev

Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyevin qətimkan tədbiri dəyişdirilib.

Bu barədə "Report"a 30 yaşlı oyunçunun vəkili Zaur Niftəliyev məlumat verib. O bildirib ki, Həmzəyevin ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmə qətimkan tədbiri ilə əvəz edilib.

Niftəliyevin sözlərinə görə, şahidlərin sayı çox olduğu üçün basketbolçu ilə bağlı istintaq yekunlaşmayıb.

Qeyd edək ki, Amil Həmzəyev barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. İstintaq orqanı onun əməlini Cinayət Məcəlləsinin 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edib. Həmzəyev barəsində həbs qətimkan tədbiri seçilsə də, bu il aprelin 1-də onun qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Son xəbərlər

Orphus sistemi