Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycan millisi üçün maraqlı anlarla yadda qalıb - VİDEO

Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycan millisi üçün maraqlı anlarla yadda qalıb - VİDEO İlk dəfə olaraq iki cüdoçumuz mundialın finalına çıxıb
Komanda
5 Sentyabr , 2017 00:42
Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycan millisi üçün maraqlı anlarla yadda qalıb - VİDEO

Bakı. 5 sentyabr. REPORT.AZ/ Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycan millisi üçün bir neçə maraqlı anla yadda qalıb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, ilk dəfə olaraq iki cüdoçumuz mundialın finalına çıxıb.

Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanıb. Ağır çəkili cüdoçular da dünya çempionatında inamlı təsir bağışlayıblar. Ağır çəkili qadın cüdoçuların mübarizəsində Azərbaycan təmsilçisi İrina Kindzerska və kişilərin yarışında Elmar Qasımov (100 kq) yalnız dünya çempionu olan rəqiblərinə uduzaraq bürünc medala layiq görülüblər.

Milli komandamız Macarıstanda qazandıqları medalın əyarına görə 126 ölkə arasında 8-ci yeri tutub. Dünya çempionatının son günü də Azərbaycan cüdosu üçün tarixi hadisə ilə yadda qalıb.

Budapeştdə, yarışın keçirildiyi arenada gələn il dünya çempionatını qəbul edəcək Azərbaycana rəmzi bayraq verilib. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bayrağı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib. Dünyanın tanınmış cüdo mütəxəssisləri, xarici ölkələrin federasiya rəhbərləri Azərbaycan cüdosunun uğurlarını xüsusi vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi