Yuxarı

​"Lokomotiv" Çempionlar Liqasının "pley-off" mərhələsində ilk oyununa çıxır

Rəqib Natalya Məmmədovanın klubu olacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində ilk görüşünə çıxacaq. "Report"un məlumatına görə, rəqib İsveçrənin "Volero" klubu olacaq.

Sürix təmsilçisi artıq paytaxta gəlib və "Hilton" hotelində məskunlaşıb. Uzun müddətdir zədə səbəbində Azərbaycan millisinə dəvət almayan Nataliya Məmmədova da paytaxta gələnlər sırasındadır. Bakı klubunun heyətində isə Ayşən Əbdüləzimova zədəlidir. Əməliyyat olunan voleybolçu bugünkü oyunu buraxmalı olacaq. Belədə 12 voleybolçu ilə qalan "Lokomotiv" cərimələnməməkdən ötrü gənclərdən ibarət komandasından Valeriya Zaqorskayanı Çempionlar Liqasına sifariş edib. 

Görüşü yunanıstanlı Vuduris Konstantinos və almaniyalı Ralf Barnstorf idarə edəcək. Voleybol Mərkəzində keçirilək qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, cavab görüşü fevralın 25-də Sürixdə olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi