Azərbaycan karateçilərindən 2 qızıl, 1 gümüş medal

Azərbaycan karateçilərindən 2 qızıl, 1 gümüş medal Azərbaycan karateçiləri Slovakiya Qran-prisində 3 medal qazanıblar.
Komanda
150
24 Fevral , 2020 17:15
Azərbaycan karateçilərindən 2 qızıl, 1 gümüş medal

Azərbaycan karateçiləri Slovakiya Qran-prisində 3 medal qazanıblar.

"Report" Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Təhsil" Respublika İdman Mərkəzinin üzvləri 2 qızıl, 1 gümüş medala sahib olublar.

Fevralın 21-də paytaxt Bratislavada start götürən və 3 gün davam edən yarışda 16-17 yaşlı gənclər yığmasından Hüseyn Məmmədli (61 kq) və Fərid Ağayev (76 kq) çempion olublar. Abbas Dadaşov (68 kq) isə ikinci yeri tutub.

Karateçiləri yarışda "Təhsil" Respublika İdman Mərkəzinin karate üzrə baş məşqçisi Əbülfət Qarayev və məşqçi Gündüz Mahmudov müşayiət edib. Beynəlxalq turnirdə 32 ölkədən 2 118 idmançı iştirak edib. 

Son xəbərlər

Orphus sistemi