Yuxarı

Hokkey üzrə dünya çempionatının qalibi müəyyənləşib

Finalda Kanada yığması Rusiya millisini darmadağın edib

Bakı. 18 may. REPORT.AZ/ Çexiyada keçirilmiş hokkey üzrə dünya çempionatının qalibi müəyyənləşib. "Report"un məlumatına görə, finalda Rusiya yığmasını 6:1 hesabı ilə məğlub etmiş Kanada millisi 25-ci dəfə planetin ən güclüsü olub.

Görüş amerikalıların aşkar üstünlüyü şəraitində keçib. Hesabı ilk dövrədə Kodi İkin açıb. İkinci dövrədə Tayler Ennis, Sidni Krosbi və Tayler Segin hərəyə bir dəfə fərqlənib. Həlledici 20 dəqiqəlik bölümdə isə Klod Jiru və Natan Makkinnon Kanada yığmasının son 2 dəqiq zərbəsinin müəllifi olub. Rusiya millisi isə Yevgeni Malkinlə təsəlli tapıb.

Qeyd edək ki, Kanada daha öncə 2007-ci il dünya çempionatının qalibi olub. Rusiya isə 2014-cü ildə planetin ən güclüsü adını qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi